Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14

Bakıda su üsyanı



İyunun 26-da, günorta saat 2 radələrində Sabunçu rayonun səkkiz küçəsində yaşayan sakinlər Qaraçuxur qəsəbəsi ilə Bakıxanov qəsəbəsinin kəsişməsindəki magistralı yolu bir saata yaxın bağlayıblar.

Sakinlər evlərinə bir aydan çoxdur ki, su verilməməyinə etiraz edirlər.

Sakinlərdən biri, Aşıq Vəli küçəsi 1 ünvanında yaşayan Xatın Məmmədova AzadlıqRadiosuna deyib ki, mayı :Hara baxır bu dövlətin başçısı? Belə zülm olmaz!!! Su İdarəsi bizə su maşını göndərib ki, 50 manat verin su alın. Mən haradan alım 50 manatı. 80 manat pensiya alıram”.

Təqribən bir saatdan sonra polis aksiyanı dağıdıb, xəsarət alan olmayıb.

İş günü olmadığından cavabdeh qurumlar hələ ki, telefon zənglərimizə cavab vermirlər.

Bir azdan bu aksiyadan videogörüntüləri saytımızda yerləşdirəcəyik.

Günün bütün mövzuları

XS
SM
MD
LG