Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:37

Torontada Böyük İyirmiliyin sammiti başlanır


Böyük 8-lər ölkələrinin liderləri Kanadada iqtisadiyyatın bərpası yollarını müzakirə ediblər.

ABŞ rəsmilərinin sözlərinə görə liderlər belə qərara gəliblər ki, hökumətlər iqtisadiyyatın stimullaşdırılmasıyla bağlı proqramları maliyyələşdirmıəlidir.

Almaniyanın kansleri Angela Merkel bildirib ki, Birləşmiş Ştatlar Avropada defisitin azaldılması siyasətinə qarşı deyil.

Böyük 8-lər ölkələri həmçinin yoxsul ölkələrdə üşaq və qadınlar arasında ölüm səviyyəsinin azaldılmasına 5 milyard dollar vəsait ayırmaq qərarına gəliblər.

Bu gün Torontoda isə Böyük İyirmiliyin sammiti başlanır.

Sammitdə əsasən iqtisadi məsələlər, xüsusilə də maliyyə sektorlarının tənzimlənməsi məsələsi müzakirə olunacaq.
XS
SM
MD
LG