Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:47

"Ziqmund Freyd”də Azərbaycan xörəkləri


“Azərtac”ın məlumatına görə, Azərbaycan xörəkləri Vyanada Ziqmund Freyd parkındakı sərgidə nümayiş etdirilib.

Tədbir „M “Mədəniyyətlərin dialoqu” Beynəlxalq İctimai Forumu çərçivəsində baş tutub. Bu parkda 20-dən artıq ölkəni təmsil edən qeyri-hökumət təşkilatlarının iştirakı ilə milli mətbəx və musiqi nümunələrindən ibarət mədəniyyətləri tanıtma tədbiri təşkil edilib.


“Mədəniyyətlər süfrəyə dəvət edir” devizi altında keçirilən tədbirdə Azərbaycan üçün ayrılmış stend Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi, azərbaycanlı iş adamı Elnur Abdullayevin rəhbərlik etdiyi “Agro Team GmbH” şirkəti və Vyanada fəaliyyət göstərən “Qafqaz” xalça mağazasının dəstəyi ilə hazırlanıb.
XS
SM
MD
LG