Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:52

“Le Monde” qəzeti satılır


Fransanın borc içində olan gündəlik "Le Monde" qəzetinin əsas payçısı olan jurnalist assosiasiyası qəzetin əvvəlki üç sahibi olmuş sərmayəçilərə qaytarılmasına səs verib. Qəzetin paylarının əsas hissəi Pierre Berge, bankir Matthieu Pigasse və internet maqnatı Xaviyer Nielin biləşdiyi konsorsiumun əlinə keçə bilər.

Amma prezident Nikola Sarkozi bu prosesin əleyhinədir. Çünki bu konsorsium sol təmayüllü siyasi qüvvələrə yaxınlığı ilə tanınır. Müxalifətdə olan Sosialist Partiyası isə buna görə Sarkozini media azadlığını boğmaqda ittiham edir.

Jurnalist Assosiasiyası qəzetə müştəri çıxan France Telecom, "Nouvel Observateur" media qrupu, İspaniyanın "El Pais" qəzetinə sahib olan Prisa şirkətlərinin təkliflərini rədd edib.

“Le Monde” özünün yekun qərarını bu ayın sonunda elan etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG