Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Avropa məhkəməsi: eyni cinslərin evlənməsi universal insan hüququ deyil


Avropa İnsan Haqları Məhkəməsinin iyunun 25-də qəbul etdiyi qərara görə eyni cinsdən olan adamların evlənməsi universal insan haqları kateqoriyasına aid deyil. Qərarda deyilir ki, Avropa Birliyinə üzv olan ölkələrin hamısı bu cür nigahlara icazə verməyə borclu deyil.

Avstriyadan iki kişi məhkəməyə müraciət etmişdi ki, yerli qanunlar onların evlənmələrinə icazə verməməklə Avropa İnsan Haqları Konvensiyasını pozub.

Amma Avropa Məhkəməsi qərar qəbul edib ki, eyni cinsdən olan cütlüklərin leqal statusları necəsə müəyyən edilə bilər. Amma onların evlənməsi universal insan hüquqları sayıla bilməz. Müxtəlif ölkələrdə, cürbəcür mədəniyyətlərə malik olan insanlar bunu hərə bir formada qəbul edir.

Ona görə də eyni cinsdən olan adamların evlənməsinə də Avropa Birliyinə üzv olan ölkələrin hər biri ayrılıqda, öz cəmiyyətlərinin tələblərinə uyğun şəkildə qərar verməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG