Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:26

Rumıniyanın Konstitusiya Məhkəməsi hökuməti qənaət planlarını rədd etdi


Rumıniyada Konstitusiya Məhkəməsi iyunun 25-də qərar qəbul edib ki, hökumətin qənaət planlarının bəzi hissələri ölkənin Konstitusiyasına ziddir.

Rumıniyanın sağ-mərkəzçi hökuməti dövlət borclarının azaldılması üçün hökumət idarələrində çalışanların əməkhaqlarının 25, pensiyaların 15 faiz azaldılmasını nəzərdə tutan plan təklif edib. Hökumət bununla Beynəlxalq Maliyyə Fondu, Dünya Bankı və Avropa Birliyindən aldığı 20 milyard avro yardım paketinin növbəti tranşını əldə etmək istəyir.

Konstitusiya Məhkəməsi isə hesab edib ki, pensiyaların 15 faiz kəsilməsi ölkənin Konstitusiyasına ziddir.

İyunun 25-də bu planın əleyhinə bir neçə yüz adam paytaxt Buxarestdə etiraz aksiyası keçirib. Onların bir dəstəsi prezident sarayına girməyə cəhd edib, polis buna imkan verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG