Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Böhran Vaşinqtonla Berlini qarşı-qarşıya qoyub


Sammitlərin eyni şəhərdə və demək oalr ki, eyni vaxtda keçirilməsi təsadüfi deyil. Onlar eyni problemi müzakirə edəcəklər

Sammitlərin eyni şəhərdə və demək oalr ki, eyni vaxtda keçirilməsi təsadüfi deyil. Onlar eyni problemi müzakirə edəcəklər

G8 və G20, Böyük Səkkizlik və Böyük İyirmilik kimi dünyanın iki nəhəng siyasi-iqtisadi əməkdaşlıq təşkilatının liderləri iyunun 25-dən etibarən üç gün ərzində dalbadal iki sammit keçirəcəklər. Kanadada, Toronto şəhərində. Sammitlərin eyni şəhərdə və demək oalr ki, eyni vaxtda keçirilməsi təsadüfi deyil. Onlar eyni problemi müzakirə edəcəklər.

Öncə cümə günü G8-in - ABŞ, Kanada, Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Rusiyanın liderləri görüşür, sonra isə bu liderlər Argentina, Avstraliya, Braziliya, Çin, Hindistan, İndoneziya, Cənubi Koreya, Ərəbistan, Türkiyə, Cənubi Afrika və Avropa Birliyinin də daxil olduğu başqa bir sammiti keçirəcəklər. Ümumilikdə bu dövlətlər dünya iqtisadi gücünün 90 faizini təmsil edir.

ABŞ, ALMANİYA VƏ BRİTANİYANIN MÖVQELƏRİ FƏRQLİDİR

Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərinin liderlərini bir araya gətirən məsələ böhranın zəiflətdiyi iqtisadiyyatı dirçəltməyin yollarını tapmaq olacaq.

İlk baxışdan hər kəsin bu işdə maraqlı olduğunu desələr də, amma ABŞ, Almaniya və Britaniya kimi üç nəhəng iqtisadi gücün mövqeləri bir-birindən fərqlənir.

Məsələn, almanlar təklif edir ki, Yunanıstan böhranına yardım etmək üçün çoxlu xərcə düşən Avropa Birliyi ölkələri gərək kəmərlərini ciddi sıxsınlar, sosial xərclərini azaltsınlar. Böhranda günahkar sayılan qurumlara -
Angela Merkel
banklara qarşı ağır vergilər qoyulsun, ciddi qənaət rejiminə keçilsin.

Almaniyanın Baş naziri Angela Merkelin bu mövqeyi ABŞ-ı çox narahat edir. Çünki, ABŞ prezidenti Barak Obamanın da dediyi kimi, amerikalılar narahatdırlar ki, dünya iqtisadiyyatının mühüm bir bölgəsində kəmərlərin həddindən artıq sıxılması və ancaq ixraca yönələn siyasət ümumilikdə qlobal iqtisadi böyüməyə mane olacaq. Obama bu narahatçılığını Avropa Birliyi liderlərinə yazılı müraciətində də dilə gətirib. Amma əsasən elə ixraca arxalanan Almaniya bu yanaşmanı dərhal rədd eləyib. Odur ki, Torontoda ABŞ və Almaniya qarşıdurması qaçılmaz olacaq.

VERGİ ÖDƏYİCİLƏRİNİN HESABINA YARDIMLARIN EDİLMƏSİ DÖVRÜ BİTİR

Digər bir yanaşma fərqi isə maliyyə qurumlarına münasibətlə bağlıdır. ABŞ-da, Avropada maliyyə qurumları qaydalarına dəyişikliklər etmək istəyir. Məsələn, Obama may ayında islahat paketini Senatdan keçirəndə belə demişdi:

«Bu maliyə ishalatına əsasən amerikalılar bir də heç vaxt Uoll Strit-dəkilərin səhvlərinə görə gücə düşməyəcəklər. Bundan sonra vergi ödəyiclərinin hesabına yardımların edilməsi dövrü bitir».

Amma ABŞ maliyyə institutlarının azadlığının əlindən alınmasını, hökumətin biznesə müdaxiləsini istəmir. Amerikada inanırlar ki, belə bir müdaxilə dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən bir sahəsi olan bank-maliyyə sistemini sıradan çıxara bilər.

Barak Obama, 25 iyun 2010
Amma avropalılar fərqli fikirləşirlər. Almaniya və Fransa böhranda günahkar gördükləri bank sisteminə ağır vergilər tətbiq etməklə krizisin vurduğu ziyanın çoxunu bank sisteminə yükləmək istəyirlər.

ALMANİYA VƏ FRANSA GÜNAHKARLARI DAHA ÇOX ÖDƏMƏYƏ MƏCBUR ETMƏKDƏ İSARLIDIR

Angela Merkel bu niyyətlərini Toronto sammitində müdafiə edəcəklərini deyir:

«Biz G20 və G8 sammitlərində Avropanın mövqeyini - banklar və maliyyə bazarlarına daha çox vergilər qoymaq yoluyla böhranın yükünü paylaşmaq planını müdafiə eləməyə hazırıq. Məsələn, Almaniya və Fransa günahkarları daha çox ödəməyə məcbur etməkdə isarlıdır».

Toronto görüşlərində Almaniya və ABŞ-dan başqa digər qarşıdurmalar da qaçılmaz olacaq. Məsələn, Britaniya artıq sosial ödənişlərin - müavinətlərin dondurulması planını təqdim edib. Üstəlik, Londonun həm Vaşinqton, həm də Berlinlə bir məsələdə fikir ayrlığı var. Həm ABŞ, həm də Avropa Birliyi ofşor bankları daha ciddi nəarətə almaq istəyir. Amma Britaniya hökumətinin ofşor banklara çox sərbəstlik verməsi Londonu maliyyə mərkəzinə çevirib, invesitisiyaları bura toplayıb deyə, britaniyalılar bu məsələdə güzəştə getmək istəmirlər.

Qısası, bu sammitlərə olan gözlənti əvvəlki 2 ildə olduğundan daha azdır. Çünki ötən il və ondan əvvəlki il dövlətlər heç olmasa sözdə ortaq mövqe nümayiş etidrirdilər, sonradan nəticəsi olmasa da. Bu dəfə isə yanaşmaların özləri də fərqlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG