Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:07

Belorus Avropanın Rusiyadan enerji təchizatını kəsməklə hədələyir


Belorus xəbərdarlıq edib ki, əgər Moskva tranzit xərclərinə görə yaranmış 32 milyon dollar pulu verməsə, öz ərazisi ilə Avropaya Rusiya enerjisinin nəqlini dayandıracaq.

Belorus prezidenti Aleksandr Lukaşenko bildirib ki, borcun ödənilməsi üçün Rusiyaya 24 saat vaxt verir.

Rusiyanın enerji nəhəngi “Gazprom” isə Belorusa heç bir borcu olmadığını bildirir.

Bir qədər əvvəl Belorus başqa bir borc mübahisəsinə görə də Rusiyadan Avropaya qaz nəqlini dayandırmışdı. Minsk qaza görə Rusiyaya 200 milyon dollarlıq borcunu ödədikdən sonra öz ərazisi ilə Rusiyadan Avropaya qz nəqlini iyunun 24-də bərpa edib. Belorus bildirir ki, Rusiyanın da tranzit xərclərinə görə Belorusa borcu yaranıb, indi Moskva da onu ödəməlidir.
XS
SM
MD
LG