Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:23

Yunanıstan polisi partyacının Nazirliyə necə gəldiyini araşdırır


Yunanıstan polisi nazirin iş otağına partlayıcı maddənin necə keçirildiyini araşdırmağa başlayıb.

İyunun 24-də ölkənin terrirzmlə mübarizə sahəsinə rəhbərlik edən nazir Michalis Chrysohoidis üçün göndərilmiş bağlamanı açarkən ora qoyulan bombanın partlamasından nazirin köməkçisi həlak olub. Nazirin özü xəsarət almayıb.

İndi polis öyrənmək istəyir ki, ölkənin ən ciddi şəkildə qorunan bir nazirliyinin binasına partlayıcı maddə bütün texnoloji müdafiə vasitələrindən yan keçərək necə daxil edilib.

Partlayış baş vermiş binada Yunanıstanın ən yüksək rütbəli polis zabitlərinin, anti-terror bölüyünün və kəşfiyyat xidmətinin iş otaqları yerləşir.

Baş nazir George Papandreou bu hadisəni terror aktı adlandırıb. Amma hələlik hadisəyə görə məsuliyyəti heç bir təşkilat boynuna götürməyib.
XS
SM
MD
LG