Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:53
Ingiltərə yığmasının baş məşqçisi Fabio Kapella, DÇ-nın 1/8 finalında, Almaniya ilə keçirəcəkləri oyunda, ehtimal olunan 11 metrəlik zərbələri yerinə yetirəcək oyunçuları təyin edib. Əgər əsas və əlavə vaxtlar heç-heçə bitərsə onda penalti zərbələri təyin ediləcək. Bu halda almanların qapısından topları Frank Lampard, Steven Gerrard, Wayne Rooney, James Milner və Gareth Barry keçirməyə çalışacaqlar.Məhz bu oyunçulara Kapello tapşırıq verib ki, 11 metrəlik zərbələri məşq etsinlər.

Məşq vaxtı penaltiləri qapıçı David James qaytarırdı. DÇ-2010-da o yığmanın əsas qapıçısı qismində çıxış edir. Əlcəzair (0:0) və Sloveniya (1:0) ilə keçirilən oyunlarda James bir qol belə buraxmayıb.

Kapellonun seçdiyi penaltistlərdən ikisi özlərini artıq göstəriblər. Belə ki, 2006-cı il dünya çempionatının 1/4 finalında Frank Lampard və Steven Gerrard (həmçinin Jamie Carragher) penalti seriyasında zərbələrini reallaşdıra bilməyiblər və nəticədə İngiltərə uduzub.

Alman yığmasının kapitanı Philipp Lahm FİFA-nın rəsmi saytına verdiyi müsahibədə bildirib ki, əgər iş penaltiyə gəlib çıxsa onda üstünlük almanların ərəfində olacaq. Lahm hesab edir ki, penalti seriyalarına almanlar daha yaxşı hazırdırlar və psixoloji cəhətdən daha dayanaqlıdırlar.

DÇ-2010-nun 1/8 finalında Almaniya İngiltərə görüşü iyunun 27-si, həftənin bazar günü, saat 19:00-da baş tutacaq.
XS
SM
MD
LG