Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:30

Çizburger, yüksək texnologiyalar, toyuq budu, Umarov və Tvitter...


Medvedev və Obama "Ray's Hell Burger"də

Medvedev və Obama "Ray's Hell Burger"də

Amerika prezidenti Obama və Rusiya prezidenti Medvedev Vaşinqtonda bildiriblər ki, iki ölkə arasındakı münasibətlərdə mövcud olmuş gərginliyi aradan qaldırıblar.

Onlar möhkəmlənən dostluqlarını Kaliforniyadakı populyar restoranların birində - "Ray's Hellburger"də çizburqer və qızardılmış kartof yeməklə qeyd ediblər.

Bu qəlyanaltıdan əvvəl Obama və Medvedev Ağ evdə müzakirələr aparıblar, Amerika prezidenti müzakirələrdən çox razı qaldığını dilə gətirib.

Danışıqlar təhlükəsizlik, iqtisadiyyat və ticarət mövzularında olub.

Rusiya lideri Amerikaya iyunun 22-də gəlmişdi və səfərinin axır iki gününü Amerikanın sənaye mərkəzi olan Kaliforniyada keçirib.

Medvedev Kaliforniyada yüksək texnologiyalar sektorunun nümayəndələri – nüfuzlu biznesmenlərlə görüşüb.

RUSIYA NEFT SEKTORUNDAN ÇOX ASILIDIR

və Moskva istəyir ki, öz iqtisadiyyatını müxtəlifləşdirsin, qeyri-neft bölməsini inkişaf etdirsin.

Bu baxımdan Rusiyanın Amerika sərmayələrinə ehtiyacı var.

Prezidentlər - birgə keçirdikləri mətbuat konfransında axır aylarda ikitərəfli münasibətlərdə nail olduqları irəliləyişlər, o cümlədən nüvə silahının azaldılması sazişini qeyd ediblər. Bundan başqa Rusiya Amerikanın BMT-də İrana qarşı hazırladığı sanksiyalara dəstək verib.

Prezidentlər Vaşinqtonda Amerika-Rusiya biznes forumunda. 24 iyun 2010
Amerika İsə indiyəcən çeçen yaraqlılarına münasibətdə rəsmi Moskvanın mövqeyini tam dəstəkləmirdi, amma dünən Ağ ev elan edib ki, çeçen yaraqlılarının liderlərindən biri, Rusiyada böyük terror hadisələrinin planlaşdırılmasında ittiham edilən Doku Umarovu terrorçu kimi tanıyıb.

Bundan başqa Medvedevin səfəri zamanı Obama Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü tam dəstəklədiyini də bildirib.

Bu dəstəyi almağa Moskva çoxdan çalışırdı. Moskva ümid edir ki, bu üzvlük onun dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirəcək.

Rusiya həcminə görə - dünyanın 8-ci böyük iqtisadiyyatıdır, amma buna baxmayaraq

AMERİKANIN İQTİSADİ TƏRƏFDAŞLARI ARASINDA 25-Cİ SIRADADIR

Medvedevin səfəri zamanı Amerika sərmayəçiləri də Rusiyada bizneslərini genişləndirəcəklərini söz veriblər – Cisco sistemləri vəd edib ki, Rusiyanın yüksək texnologiyalar sektorunu dəstəkləmək üçün yaxın 10 ildə Rusiyaya 1 milyard dollar sərmayə qoyacaq.

Amma iki arasında fikir ayrılıqları da qalır. Obama deyib.

“Bizim ölkələr bəzi məsələlərdə ortaq mövqeyə gələ bilmir. Məsələn Gürcüstanla bağlı məsələdə. Amma bu fikir ayrılığını da səmimi şəkildə ifadə etdik. Amma bəzi sahələrdə ortaq məxrəcə gələ bilirik və həmin sahələr üzərində əməkdaşlığımızı genişləndiririk – bununla regional və qlobal təhlükəsizliyə bəhrə veririk”.

Qırğızıstanda həm Rusiyanın, həm də Amerikanın bazası var, tərəflər razılaşıblar ki, axır həftələrdə etnik toqquşmalara meydan olmuş bu ölkəylə bağlı diplomatik və humanitar yardım səylərini əlaqələndirsinlər.

Medvedev narahatlığını bildirib ki, əgər Qırğızıstanda vəziyyət nəzarətdən çıxarsa, ölkə parçalana bilər, hətta orada radikalların təsiri altına düşən rejim -

İKİNCİ BİR ƏFQANISTAN YARANA BİLƏR

Medvedev deyib ki, MDB ölkələrinin çoxunun daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qırğızıstana sülhməramlı qüvvələr göndərilməsi mümkünlüyünü müzakirə edib, amma hələ ki buna ehtiyac görmür.

Razılaşmalardan biri də Rusiyanın Amerikada istehsal edən toyuq budlarının idxalına icazə verməsidir.

Rusiya Amerikada istehsal edilən budların tərkibində zərərli maddələrin normadan artıq olduğunu elan edib bu ilin əvvəlində idxalı dayandırmışdı.

Medvedev Kaliforniyada olarkən – İnternetdəki populyar sosial şəbəkə olan Tvitterdə öz səhifəsini açıb. Obama bildirib ki, onun da Tvitterdə səhifəsi var.

Amerika prezidenti zarafatla deyib ki, prezidentlərin soyuq müharibə dönəmində olduğu kimi xüsusi birbaşa telefonlarla əlaqə yaratması dövrü artıq keçib.

Medvedev Obama ilə çizburqer yediyi restoranı tərk edərkən deyib ki, “ola bilər ki, bu elə də sağlam qida deyildi, amma ləzzətli idi, adam Amerikanın ruhunu duyur”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG