Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

Gürcüstanın Qori şəhərindən Stalinin heykəlini söküblər


İosif Stalinin heykəlini iyunun 25-i polisin nəzarəti altında doğulduğu şəhərdən götürüblər. Polis hadisəni lentə almağa çalışan jurnalistlərə mane olmağa çalışıb, bəzilərini döyüb.

Yerli rəhbərlik 6 metr hündürlüyündə olan heykəlin Stalinin yaxınlıqdakı muzeyinə aparılacağını bildirib.

Stalinin heykəlinin dayandığı yerdə isə iki il əvvəl Rusiya-Gürcüstan müharibəsində ölənlərin xatirəsinə həsr olunmuş monument ucaldılacaq.

Gürcülər 1953-cü ildə İosif Stalinin ölümündən sonra onun heykəllərini yığışdırıb, yalnız doğulduğu Qori şəhərində bir neçəsi qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG