Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:45

Maradona hesab edir ki, Avropa futbolu ölüb


Diyeqo Maradona
Diyeqo Maradona
Argentina yığmasının baş məşqçisi Diyeqo Maradona deyib ki, hal hazırda Avropa futbolu süquta uğrayır, Cənubi Amerikada isə əksinə futbol inkişaf edir. O bu qənaətə, CAR-da keçirilən futbol üzrə dünya çempionatının, qrup turnirində keçirilən oyunları analiz etdikdən sonra gəlib.

Maradona qeyd edib ki, DÇ-nın 1/8 finalına Cənubi və Şimali Amerikanın bütün komandaları çıxa bilib:
«Bəs Avropadan kim çıxıb?- deyə o soruşub – İngiltərə hansına ki, baxanda adamın yazığı gəlir»

Argentina məşqçisi əlavə edib ki, DÇ-2010-un ideal finali kimi öz komandası ilə Braziliya görüşünü hesab edir. Bu cür finalı Maradona “Cənubi Amerika futbolunun zəfəri” adlandırib və əlavə edib ki, bu cür finalı bir çox nəsillər xatırlayacaq.

Dünya çempionatında Argentina B qrupunda hər üç komandanı məğlub edərək birinci yerə çıxıb. Iyunun 27-si, 1/8 finalda, argentinalılar Meksika yığması ilə görüşəcəklər. Maradona Meksika yığmasını argentinalılar üçün ideal rəqib adlandırıb və qeyd edib ki, onun bu komandaya, ölkəyə və Meksika xalqına böyük hörməti var.
XS
SM
MD
LG