Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31

Tikinti malları bazarında alverçilərin gözlərinin kökü saralıb


- Ucuzluqdur, iş də yoxdur, nə alan var, nə bir şey

- Ucuzluqdur, iş də yoxdur, nə alan var, nə bir şey

- Daş 37 qəpiyədir, «karyer»də 20 qəpikdir. Nə qədər ucuzluq olsa da, alıcı yoxdur.

- Ucuzluqdur, iş də yoxdur, nə alan var, nə bir şey.

- Gəlib mal alan yoxdur, acından ölürük.

Bu şikayətlər tikinti materialları bazarındakı durğunluqdandır. Bakının Babək prospektində fəaliyyət göstərən tikinti materialları bazarının işçiləri deyirlər ki, hələ builki kimi durğunluq görməyiblər. Onların deməsinə görə, bazar az qala fəaliyyətsizdir. Elə bazarın ərazisinə göz gəzdirəndə də bunun şahidi olursan. Satıcılar qumla, daşla yüklədikləri maşınlarının kölgəsində oturub alıcı kasadlığından gileylənirdilər.

«İŞ 5-6 NƏFƏRİN ƏLİNDƏDİR»

Elçin adlı satıcı deyir ki, qum, daş, sement, çınqıl adətən yaz-yay mövsümlərində yaxşı satılır. Ancaq bu mövsüm əməlli-başlı nəhs gəlib:

- Qum da ordadır, gördüyün kimi. Alan yoxdur. 1 kubu 15 manatdır. Keçən il qiyməti 20 manata kimi idi.

Elçin deyir ki, ötən il qum builkindən baha olsa da alan var idi. Alverçilər tikinti materiallarının satışının inhisarda olduğunu deyirlər:

- Sizcə niyə alıcılıq qabiliyyəti aşağı düşüb?

İnhisarçılar kərpici, sementi, daşı özü buraxır, özü də işlədir
- İş 5-6 nəfərin əlindədir, ona görə. Özü alır, özü satır, biz də durmuşuq burda, gözümüzü dikmişik qapıya ki, kimsə gələ mal ala.

«ALICILIQ 80 FAİZ AŞAĞI DÜŞÜB»

Dərnəgül yolundakı tikinti materialları bazarında da vəziyyət heç də birincidən ürəkaçan deyil. Alverçilər deyirlər ki, alıcılıq qabiliyyəti aşağı düşdüyündən malların qiymətində də azalma var. Rizvan deyir:

«Şeben» keçən il 18 manat idi, bu il 12 manatdır. Keçən il 18-20 qəpiyə satılan kərpic bu il 15 qəpikdir. Sement «Qaradağ»dır, keçən il 50 kiloluq buraxırdılar, 10 manata verirdilər, bu il 40 kiloluq buraxırlar, 6 manata verirlər. Bu qiymətlə 50 kiloluğu 8 manata düşür. Ancaq alan yoxdur».

Başqa bir satıcı isə deyir:

- Bazar ucuzluqdur, ancaq alver yoxdur. Keçən il alver 100 faiz idisə, bu il 20 faizdir, 80 faiz azalma var.

Satıcılar qiymətlərin və bazarda alverin aşağı düşməsini bir neçə səbəblə izah edirlər:

- Keçən il tikən çox idi, bu il tikən azalıb, 5-6 firma qalıb, onlar da bu cibdən götürüb o biri cibə qoyurlar. İnhisarçılar kərpici, sementi, daşı özü buraxır, özü də işlədir. Bazara getməyə ehtiyacı yoxdur. Məsələn,
Şəhərdəki əksər tikintilər dayanıb
«Akkord»un sement zavodu da var, kərpic zavodu da var, hər şeyi var. Öz malıyla tikir, hələ üstəlik artıq qalan malını da çıxarır bazara.

«BAZARDAKI DURĞUNLUĞA SƏBƏB ŞƏHƏRDƏKİ TİKİNTİLƏRİN DAYANMASIDIR»

«Turan» İnformasiya Agentliyinin daşınmaz əmlak üzrə eksperti Ramil Əliyev deyir ki, tikinti materialları bazarında alıcılıq qabiliyyətinin aşağı düşməsi şəhərdəki əksər tikintilərin dayanması ilə bağlıdır.

Ekspert deyir ki, ötən illə müqayisədə tikinti materiallarının qiymətlərində 40 faizə qədər ucuzlaşma müşahidə olunur, satışın azalmasında da əməlli-başlı fərq hiss olunur. Ancaq bu müqayisəni son aylar arasında aparanda ekspert deyir ki, fevral-mart aylarında qiymətlər daha ucuz idi. O aylara nisbətən qiymət indii hələ bahalaşıb:

- Son bir neçə aya baxanda qiymətlərin bəzilərində canlanma var, satışda isə cüzi. Fevral-mart aylarına baxanda bazarda bir balaca canlanma hiss olunur.

Ekspert deyir ki, əvvəlki aylarda olduğu kimi, bu ay da apardıqları müşahidələr zamanı xaricdən idxal olunan malla yerli mal arasındakı qiymətlər fərqli olub. Kənardan ölkəyə idxal olunan mal yerli maldan bahadır. Ekspertlər bunu gömrükdə inhisarla izah edirlər. Onların fikirlərinə görə, ölkəyə gətirilən mallara rəsmi və qeyri-rəsmi ödənişlər qoyulur.

Şərhləri göstər

XS
SM
MD
LG