Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:37

Belarus Rusiyanın borcu tam ödəmədiyini iddia edir


Belarus Qazprom şirkətinin tranzit haqqına görə 228 milyon dollar ödəməsini təsdiqləyib.

Amma Belarus tərəfi borcun 260 milyon olduğunu təkid edir.

Belarusun baş nazir müavini Vladimir Semaşko bu gün ölkədən keçən tranzit qazın mütənasib şəkildə azaldılacağını bəyan edib.

Rusiya tərəfi isə Belarusa ödənilmiş məbləğin qazın tranzitiylə bağlı müqavilə qiymətinə uyğun olduğunu təkid edir.
XS
SM
MD
LG