Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

Azərbaycanın şimalında hava kəskin dəyişib


Günün ikinci yarısından Azərbaycanın şimal rayonlarında hava şəraiti kəskin dəyişib, temperatur 4-8 dərəcə aşağı düşüb.

Ötən axşamdan başlayaraq, Quba və Qusar rayonlarının dağlıq ərazilərinə leysan yağışları yağmağa başlayıb.

Bu gün isə günortadan başlayaraq Qubanın Xaltan, Qırız, Xınalıq kəndlərinə fasilələrlə güclü leysan yağışları yağır.

Bölgədə həmçinin saniyədə 12 sm sürətlə külək əsir.

Hidrometeoroloqlar qeyri-sabit hava şəraitinin iyunun 26-dək davam edəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG