Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:41

Qazprom Belarusa olan borcun ödənildiyini deyir


Rusiya bu gün Belarusa qaz verilməsini bərpa edib.

Qazprom Belarusun qaza görə ona olan 187 milyon dollar borcu ödədiyini və qazın bərpa olunduğunu deyir.

Həmçinin şirkət tranzit haqqına görə Belarusa olan 228 milyon dollar borcun ödənildiyini bildirir.

Belarus dünən xəbərdarlıq etmişdi ki, əgər Rusiya tranzit haqqına görə 260 milyon dolları ödəməsə Avropaya gedən qaz kəmərini bağlayacaq.

Məlumatlara görə artıq dünən Litvada qazın azaldığı müşahidə olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG