Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:09
Məmməd satıcını evə buraxıb özü piştaxtanınn arxasına keçdi.

Aviamotornaya metrosunun yanındakı “Lefortovo” tiçarət mərkəzində yük daşıma metal konteynerlərindən düzəldilib mağaza şəklinə salnmış köşkdə oturub müştəri gözləyirdi.

Adətən axşam saat səkkizdən doq-quza qədər gözləyir, özü demişkən, bir-iki müştəri tuturdu.

Hər nə olsa da “allah bərəkət versin!”- deyib pulu kassaya qoyur, tez kalkulyatorunu götürüb gündəlik ümumi pulun gəlir faizini hesablayır, yer pulunu, satıcı pulunu çıxandan sonra qazanc qalıb qalmadığını hesablamağa çalışırdı.

Axşam ticarətini təhlükəli cəhəti də vardı. Yaxınlıqda yerləşən vergilər idarəsinin işçiləri evə dönərkən yol üstü dönüb bazarlıq edir, hərdən də ehtitasızlıq edib kassa çekləri vurmayanlara ilişirdilər.

Məmməd şübhəli adam olan kimi kassa çeklərini vurub pulun xırdası ilə birlikdə qaytarırdı.

Əks halda çek verilməmiş hesab olunardı və ona da cərimə düşürdü, yaxud da onu bəhanə edib bütün mğazanı alt-üst edib yoxlayar və nə isə daha bir böyük xəta tapıb ilişə bilərdilər.

Bir çox peşələrin ustası, elmlərin bilicisi olan Məmməd SSRİdə “tam və qəti qələbə çalmış” sozializm quruluşu dağıldıqdan sonra borca-xərcə girib vəhşi kapitalizm şəraitinə düşmüşdü, ticarərtçi olmuşdu.

Tanış-bilişləri, qohumları onu varlı bir biznesmen sayır, gizlicə paxıllığını çəkirdilər.“Bəxtəvərin əli pulunan oynayır!”- deyə həsəd aparırdılar.

Üzünə deməsələr də, həssas adam olan Məmməd bu fikirləri elə neçələrinin üz-gözündən oxuyurdu.

Əslində, içi özünü yandırırdı, çölü də özgələri. Bu avamlar kor kimi onu görə bilmirdilər ki, bazarın sahibi Məmməd kimiləri deyil, xozeynlər var.

Məmməd onları, yəni bazar sahiblərini “xozyeyənlər” adlandırıdı, çünki doğulduğu Qarabağda sülənti ermənilər donuza “xoz” deyirdilər.

Bazar marksizm-leninizm klassiklərinin arzuladığı şəkildə internsional, beynəlmiləl idi, yəni bazarda hər millətdən nümayənədələr vardı.

Rus, erməni, azərbaycanlı, tatar, gürcu, əfqan, çeçen, xaxol, yəni ukraynalı və s. millətlərin nümayəndələri burda icarəyə yer götürb ticarət edirdilər.

Ticarət mərkəzinin xozeyinləri Kuban kazakları idi, amma içərilərində hər yerə burun soxmağı bacaran ermənilər də vardı.

Bunlar 25-30 yaşlarında yaxşı təşkilatlanmış, baz¬burutlu, qoluzorlu cavanlar, əslində isə mədəni cildə bürünmüş banditlər idilər.

İlk əvvəl çox ucuz qiymətə olan köşk icarədara satıldıqdan sonra yer haqqı yavaş-yavaş artırılır, lisenziya, ticarət etmək üçün icazə və rəsmi qeydiyatdan keçmiş firma tələb olunurdu.

Və kənardan nisbətən sadə və asan görünən bu işlərin işlədikcə tədricən nə qədər yorucu və üzücü olduğu üzə çıxırdı.

Təzə iş açanlar üçün kiyayət qədər məbləğ sayılan ilkin kapitalla firma açıb rəsmi qeydiyyatdan keçirən kimi, bank hesabı açmaq, kassa aparatı almaq, onu da həm vergilər idarəsində, həm də hər kvartallıq pul keçirməklə kassalara texniki xidmət idarəsində qeydiyyatdan keçirmək lazım idi.

Və bunlardan başqa hər kvartal kassa aparatlarına təzə qoloqrammalar alınıb vurulmalı idi.

Bəzən alverdən gələn gəlir, gündəlikdəki sərf olunan kassa lentlərinin haqqını da ödəmirdi.

Başqa bir yol da yox idi. Bunun da dərin səbəbləri vardı.

Qorbaçovun sülhməramlı yenidən qurma, avropalaşma siyasəti əslində onu rüşvətxor və pulagir bir adam kimi qərb xüsusu xidmət orqanlarının diqqətindən yayındırmadı, gizli və açıq danışıqlarla ələ alaraq, maddi marqlandırıb Hitlerin və Napalyonun bacarmadığı bir işi Hollivudun istedadlı aktyoru, prezident rolunu da məharətlə oynyan Ronald Reyqanın vasitəsi ilə həll edə bildi.

Təkbətək görüşlərdə ona Nobel mükafatı şəklində açıq rüşvət təklifi Qorbaçovun aldığı rüşvətlər məbləğində daha böyük pul idi.

Dolların güclü və Rusiyada valyutanın defisit olduğu bir vaxtda məsələni bir qom yaşıl pulla da həll etmək olardı.

Qorbaçovun razı¬lığı alındı, Rusiya bütün Avropadakı çoxmillətli sovet əsgərlərinin qanı bahasına tutulmuş sosialist ölkələrindən qoşununu çıxarıb geri çəkdi.

Minlərlə nisbətən komfortla yaşayan hərbi quluqçular ailələri ilə bərabər çadırların altında, vaqonlarda qaçqıın kimi qalıb hər şeşyə qarşı acıqlı və narazı hala düşdülər.

Rusiyanın yüksək rütbəli hərbçi məmurları Almaniyadan və Avropanın başqa ölkələrindən Sovet qoşunları geri çəkilərkən siılah və sursatları, əmlakları qoyub getməkdənsə dəyər-dəyməzinə kimə gəldi satdılar.

İt-bata saldıqları silahların və əmlakların izini itirmək üçün kiçik də olsa bir hərbi münaqişə gərək idi. Çeçenistan müharibəsi kimi bir hərbi münaqişə zəruri id.

General Dudayevin rusları sevməməyi yalançı bir bəhanə idi.

Çünki onun xanımı rus idi, özü də elə-belə bir adi rus qızı da deyildi, vətənpərvər, hərbçi ailəsində doğulmuş, sənətkar, rəssam xanım idi.

Axı millətini, xalqını sevdirən və yaşadan sənətkarlardan başqa kim ola bilər, hər şeyi alıb-satan alverçilər olası deyil ki?

Müharibə dünya yaranandan bəri mövcud olan qanlı biznesdir. Qırılan qırılır, qırılmayan da köhnə zibillərini “spisat” edərək müharibənin ayağına yazır.

Bir “Jiquli” avtomobilinin qiymətinə bərabər olan tank mərmisinin Qafqaz dağlarında neçəsinin atılmasını sanayan hesabdar hardan tapılası idi?

Ona görə də müharibə əslində çoxları üçün yaxşı biznesdir, qanlı biznes. Bütün bunlar Məmmədin vaxtsız dən düşüb ağarmış başında fırlanan fikirlər idi.

Əvvəllər inşaatda mühəndis işləyən Məmmdəd ona görə bunları düşünürdü ki, bu məsələlərin əslində ona çox dəxli vardı.

1992-ci ilin dövlət çevrilişi yaxud putç kimi qarmaqarışıq hadisələrdən sonra Yeltsin, Kravçuk və Şuşkeviç, üç slavyan ölkələrinin siyasi liderləri Belovejskdə toplaşıb Sovet İttifaqının sonunu və öz olkələrinin azadlığını elan etdilər.

Hərçəndi kimin kimdən azad olduğu o qədər də bəlli deyildi. Məmməd buna Yeltsinin Qorbçovdan azadlığı günü deyirdi və bəlkə də çox yanılmırdı, çünki tarixdə böyük hadisələr kimi görünən şeylərə diqqətlə və yaxından baxdıqda onların xırda intiriqalardan, vəzifə, stul davasından başqa bir şey olma¬dığı görünür.

Doğurdan da xalq, millət, dövlət haqqında düşünməyə, qeyrətlə iş görməyə hər adamın rus demişkən duxu çatmır, yəni kiçik şəxsiyyətlər hakimiyyətə gəlsələr də öz çaplarında qalırlar.

Məsələn, bir nəfər prezident olandan sonra ən böyük arzusuna çatmışdı, dövlətin hesa¬bına verilən ziyafətdə doyunca, daha doğrusu, qusunca şampan içmişdi, o birirsi də qonaq getdiyi ölkənin fəxri dirijoru vəzifəsini ələ keçirmiş və İslandiya kimi kiçik, amma qürurlu bir olkənin hava limanında təyyarənin şəıxsən ona məxsus olduğunu it dilində onlara başa salmışdı, yəni qıçını qaldırb təkəri sulamışdı...

Şeyx Şamil nəhəng Rus əjdahası ilə iyirmi illik çarpışmadan sonra Dağıstanda belə şeylərə təzədən baş qoşaqcaq, ayaq qoyacaq bir adam yox idi.

Sovetlərin yenidən qurma və yenidən tarixə baxma öncüllərindən olan Pribaltika respublikalarında milli oyanış həraktında onlara qarşı loyal münasibəti ilə rəğbətlərini qazanmış çeçen mənşəli general Dudayev ordudan tərxis olunub bekar qalmışdı və Çeçenistana belə bir xarizmatik şəxsiyyət lazım idi.

Xanımı rus qadını olduğundan mərkəzin də bu adama gizli rəğbəti vardı və politoloqların zənnincə ən yaxşı variant idi. Işlər düzülüb qoşuldu və həm kabab bişirdi, həm də şiş yanmırdı.

... Hər şeyi korlayan sonuncu qədəhdəki yüz qram araq oldu. Araq, araq, ay araq! Rusiyanı qaldırıb dünyanın nəhəngi edən və sonra da cin kimi götürüb yerə çırpan araq!

Bondarçukun məhşur filmi yadınızdadırmı? Əsir düşmüş, ac-susuz qalıb əldən düşmüş rus əsgərinə alman zabitləri araq verir, sonra da ağzına bir şey qoymağı təklif edirlər!

Cəsarətli rus əsgəri sanki faşistlərin qanını içirmiş kimi arağı başına çəkir və deyir:

- Rus İvanı birinci araqdan sonra “zakusit” eləmir.

Qəhrəmanlıq ilə faciələrin arası bəzən kiçik bir addım olur...

1996-cı ilin qışı girmişdi. Həddi-hüdudu bilinməyən hakimiyyətdən məst olmuş Boris Nikolayeviç Yeltsin getdikcə içkiyə qurşanır, böyük bir dövlətin, nüvə silahlı bir dövlətin başçısı olduğunu, məsuliyyət hissini tez-tez unudurdu.

Məsləhətçiləri də ona ağıl vermək əvəzinə şıltaq və bilinməz bir adam olduğundan ona yaltaqlanmağı, dağılan ölkədən mümkün olduqca yağlı tikələri qarmalayıb udmağı üstün tuturdular.

Xanımı Naina İosifovna səhərlər onu güclə yerindən qaldıırıb Kremlə, iş yerinə göndərirdi. Heç olmasa balalarını xatirinə bu işi görməli idi.
.
Yeni ili vaxtından əvvəl qarşılamağa çalışan dövlət məmurları Kremldə iş gününün axırında xudmani bir məclis qurub artıq Vladivastokda rus torpağına qədəm basmış Yeni ili qeyd etmək fikrinə düşdülər.

Boris Nikolayeviç qubernatorların təbriklərini qəbul edib özü də onlara sükanı möhkəm tutmağı, xalqın qayğısına qalmağı tapşırdı.

Hər şey yaxşı idi. Rus dilində desək, “poseşok” deyilən gözəl bir şey bu dəfə hər şeyi korladı. Durub getmək istəyəndə kimsə bu “poseşok”u işə saldı.

Adı və nə işlə də məşqul olmağı da bilinməyən, boz rəngli, boz kostyumlu, boz qalstuklu və boz köynəkli, və boz baxışlı bir adam.

Badələri süzüb yarımçıqları sonadək doldurdular. “Nu, day boq ne posledniy raz! “ – deərək gillətdilər. Boris Nikolayeviç ağzındakı xırçıldayan kiçik macar xiyarını udaraq qəflətən başını qaldırıb soruşdu:

- Kak tam na Kafkaze, spokoyno?!

- Spokoyno, Boris Nikolayeviç! Spokoyno!- dedilər.

- Xotite, ja vas seyças soyedinu! – Deyə müdafiə naziri general Qraçov canfəşanlıq etdi.

- Davay!- Boris Nikolayeviç könülsüz cavab verdi.

Ani tərəddüddən sonra general Qraçov üstünü ikibaşlı qartal şəkli bəzəyən birbaşa telefonun dəstəyini götürüb Qroznını yığdı və dəstəkdə Dudayevin səsi eşidildi:

- Spasibo! Ya toje vas pozdravlyayu! Vse normalno, kak polojeno!

Qraçov dəstəiyi Yeltsinə vedi. Boris Nikolayeviç dəstəyi qulağına tutdu:

- Zdastvuy Djouxar! S nastupayuşşim doroqoy, pozdravlyayu! Çeçenskomu narodu, i tebe liçno na blaqo oteçestvo, jelayu uspexov! - Təbrikini bitirib dəsətəyi geri vermək istəyəndə Boris Nikolayeviçi sanki bözələk sancdı. İnşaatda mühəndis, prorab işlədi vaxtlarda olduğu kimi arada topuq vurmaqda olan dili dolaşdı və dedi:

- Smotri bilət, yoptvaymat, çtob vse bılo pütem! A to snimi k çortovoy materi!

Qürurlu şəkildə dəstəyi geri ötürəndə dəstəkdən gələn aydın və mismar kimi beyinlərə mı¬x¬lanan səs dəstəyi əlində, əlini havada dondurdu:

- Yibi svoyu mat, Boris Niakolayeviç, tak deşevle budet!

Boris Nikolıayebiç sanki əlini yandırmış kimi dəstəyi tulladı və bayaqdan keyləşmiş gözlə¬rində qığılcımlar oynaşdı, var səsu ilə bağırdı!

- Qraçaov! Bombi yevo na xuy, nemerlenno bombi! Ya tetbe prikazıvayu, bilət! Nemedlenno skazal!

Adamlar bir-birinə dəydi. Bütün içilmiş araqlar poxa döndü, boş getdi! Hər şeyin ləzzəti qaçdı. Otaqda sanki neçə qutu kibrit yandırmışdılar. Hava barıt qousu ilə doldu. General Qraçov yerindən dik atılıb əlini gicgahına tutdu və hərbiçilərə məxsus qısa cavab verdi:

- Yest, tovariş qalvno komanduyuşiy! Budet ispolneno!

Dediyi sözlərin məsuliyyətini və nə baş verdiyini ani olaraq dərk etməkdə olan enerjili müdafiə nazirinin də dili sanki topuq çalaraq, qlavnokomanduyuşşiy əvəzinə qavno¬koman¬duyuşşiy dedi!

Hələ də davam edən İkinci Çeşen müharibəsi belə başladı...

“Əşi, cəhənənəmə olsun, qara da yola! Rəhmətliyin oğlu, dünyanın dərdi elə bircə sənəmi qalıb?!!” - deyə Məmməd boş və mənasız, içindən bir qəpik də çıxmayan fikirləri zəhlə¬tö¬kən at milçəkləri kimi özündən kənara qovub durub getmək istədi.

Və birdən mağazanın ağzında orta yaşlı yaraşıqlı bir qadın göründü. Qadının üzündə rahat və gözəl bir təbəssüm var idi. Qadın nəzakətlə dedi:

- Axşamınız xeyir!

- Axşamıınız xeyir, buyurun eşidirəm! – dedi. – Nə lazımdır?

- Mənə şapşaplar lazımıdr! – deyə qadın təbəssümü qalmış qəşəng gözlərini onun üzünə zi¬l¬lədi. Məmmədin qəşəng xanımın qəşəng səsindən sanki yorğunluğu və bədbin fikirləri də harasa çıxıb getdi.

- Kim üçün, nə üçün, hansı ölçüdə!

- Biri mənim özümçün, 38 olçüdə, biri də oğlum, üçün 43 ölçüdə.

- Bu saat yaxşı bir şey taparıq. Evdə geyinmək üçün lazımdır, ya nə üçün?

- Yox, evdə geyinmək üçün yox. Bilirsiniz, sabah tezdən Soçiyə uçuruq. İşdən putevka veriblər. Oğlumla gedirik. Tələsik oldu, hər yan da bağlanıb, ümidim bircə elə sizə qalıb.

- Biz sizin bütün ümidlərinizi doğrultmağa çalışcağıq. Belə cavan xanımın oğlunun neçə yaşı vat ki?

- 19.

- Hə, çox gözəl. Bax bunlar qadınlar üçündür, hansını istəyirsiniz seçin. Bu qara, bu yaşıl, bu göy, bu da sarı rəngdə. Məncə sarı rəng sizə yaraşar. Lap bülbülü rəngdir.

- Hə, mənim sarı rəngli çimmək üçün plyaj komplektim də var, - dedi. - İndi də oğlum üçün bir şey seçək.

Məmməd ayaqqabı qutusunu gətirib içindəki bütün kişi şapşaplarını piştaxtanın üstünə tökdü. Tərs kimi 42 və 43 olçülü şapşaplar taykeş idi. Yəni uyğun ölçülü şapşaplardan sol tayı 42 ölçülü və göy rəngdə, sağ tayı isə qara rəngdə 43 olçüdə idi. Xanımın kefi poizuldu və dilxor oldu:

- İndi mən nə edim, hər tərəf bağlanıb, uşaq ayağı yalın qalacaq, – dedi və məyusluğu Məmmədə də keçdi. Məmmədə də Məmməd deyərdilər, aldı görək nə dedi:

- Xanım siz ora dincəlməyə, deyib-gülüb şənlənməyə gedirsiniz, ya yas yeri kimi ciddi bir tədbirə gedirsiniz?

- O nə deməkdir, əlbəttə, dincəlməyə, şən istirahətə gedirik!

- Təşəkkür edirəm, ağıllı cavabınız üçün. İndi mənə qulaq asın! Bax, bu biri göy, biri də qara, hərəsi bir ölçüdə olan şapşapları allah özü sizə yetirib, qismətiniz budur, götürün aparın uşaq geyinsin, kef eləsin!

- Siz nə danışırsınız, aləmi üstümüzə güldürərik, hərəsi bir rəngdə, hərəsi bir ölçüdə... – deyə xanım təsəvvüründə gülünc şəklə düşmüş cavan oğlunu görüb dilxor oldu.

- Xanım, siz dediniz ki, deyib-gülməyə gedirsiz və bu şapşaplarda oğlunuzu görənlər gülməyə başlyacaqlar. Deməli, siz cammata pulsuz gülüş konserti vermiş olacaqsınız, əslində bunun üçün pul da tələb etmək olar. Heç bir ətək pul verib Xazanovun konsertinə gedənlər o qədər gülə də bilmirlər, elə otuz ildir eyni şeyləri təkrar edir, amma bu yenilikdir... – Bu sözlərdən xanımı gülmək tutdu, ürəkdən şaqqanaq çəkdi.- Məmməd davam etdi.- Bax görürsünüzmü, sizin də kefiniz açıldı, şapşapları uşaq sabah geyəcək, amma sizi bu gündən gülmək tutur. Məncə pis başlanğıc deyil. Elə deyilmi?

- Hə elədir, - deyə xanım fərqinə varmadan gülməyə davam etdi..

- Ikincisi də qumluqda, günəşin altında kimdir cavan oşlanın şapşaplarını əlində xətkeş tutb ölçən, siz heç çimərlikdə əli xətkeşli adam görmüsünüzmü?

- Yox, görməmişəm,- deyərək xanım uğundu.

- Hə, mən də görməmişəm. Sonrası da ki, o cənub günəşi altında bir-iki günə rəngləri solub eyni cürə olacaq, düzdürmü?

- Düzdür, - xamım qəhqəhə çəkib güldü.

- Bunlardan əlavə o boyda Soçidə bir nəfər diqqətcil adam tapılıb nəzərinizə çatdırsa, deyərisiniz ki, qəsdən belə etmisiniz ki, başa düşənlər gülüb kefini açar, uzaq başı demək olar ki, Parijdən indicə uçubsusnuz, bu ilin son modası elə belədir! Bükümmü?

- Hə, bükün! – deyə gözlərinin yaşını silən xanım gülməkdən uğunub gedirdi.

- Çox mübarək! Sağlıqla və həmişə belə xoş əhvalla geyinin! Istirahətdən qayıdanda mütləq mənə baş çəkib macəra və xatirələrinizi söyləyərsiniz. – Deyərək hələ gözəlliyini və təravətini

itirməmiş xanıma kişi kimi qymət verib son müştərisini gülə-gülə yola saldı.

- Xudahafiz! Mütləq gələndə sizə baş çəkərəm!- deyə qadın xoş əhvalla şapşapları götürüb getdi.

“Gərək telefonunu alardım”, deyə Məmməd qadının arxasınca baxıb düşündü.

Günün bütün mövzuları

XS
SM
MD
LG