Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:25

İlham Əliyev hərbi təlimi izləyib


Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə iyunun 24-də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib.

AzərTAc xəbər verir ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib.

Dövlət başçısı xüsusi təyinatlıların döyüş fəaliyyətinin nümayişinə baxıb, hərbi texnika və silah nümunələri ilə tanış olub. Prezidentə bildirilib ki, burada nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir.

Bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimləri izləyəndən sonra hərbçilər qarşısında çıxış edən ali baş komandan hərbi xidmətdə fərqləndiklərinə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92 illiyi münasibətilə bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
XS
SM
MD
LG