Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:55

Senzura olunmuş Azərbaycan filmi beynəlxalq festivalda


"Kuklalar" filminin son səhnəsinin çəkilişi
"Kuklalar" filminin son səhnəsinin çəkilişi
Kinorejissor Çingiz Rəsulzadənin «Kuklalar» filmi iyulun 2-də Karlovı Varıda start götürəcək kino festivalında iştirak edəcək.

«Kuklalar» filmi 2007-ci ildə istehsalata verilib və 2010-cu ildə film üzərində iş başa çatıb. AzadlıqRadiosu filmin senzuraya məruz qaldığı barədə məlumat vermişdi. Mədəniyyət Nazirliyi o zaman bu məlumatları təkzib etsə də, filmin son versiyası aşkara çıxanda «Kuklalar» filminin ağlayan əsgər göstərən son kadrlarından birinin ixtisara düşdüyü bəlli olmuşdu.

Rejissor Çingiz Rəsulzadə bu ixtisarlara razılıq vermədiyini bildirib.

Karlovı Varıda iştirak üçün filmin DVD versiyası – yəni tam variant təqdim olunub. Lakin festivalda göstərilmə üçün plyonka variantı tələb olunduğundan, sifarişçi – Mədəniyyət və Turizm Nazirliyinin ixtiyarındakı versiya göstəriləcək.

Bu, həm də filmin beynəlxalq premyerası olacaq. «Kuklalar» filminin Karlovı Varıda nümayişi iyulun 7-də olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG