Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:58

AŞPA-da Azərbaycanla bağlı dinləmələr keçiriləcək


İyunun 24-ü Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək.

«Azərbaycanda demokratik təsisatların fəaliyyəti» haqda hesabat isə Bakı vaxtı ilə axşam 7-8 radələrində müzakirə olunacaq. Bu barəcə «Media forum»a Sessiyada iştirak edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Media forum»a açıqlamasında deyib ki, bu dəfə hesabatın tam mətni təqdim edilməyəcək, çünki diqqəti seçkiöncəsi vəziyyətə yönəltmək lazımdır.

O, hesabata mətbuat, söz azadlığı, toplaşmaq azadlığı kimi aktual məsələlərin daxil ediləcəyini, həbsdə olan gənc bloqçularla, jurnalistlərlə bağlı informasiyaların da olacağını deyib.
XS
SM
MD
LG