Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:49

Piter Semnebi gələn həftə Bakıya gəlir


Avropa Birliyinin (AB)Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi gələn həftə Bakıya gəlir.

İyunun 29-dan iyulun 1-dək davam edəcək səfər zamanı Azərbaycanla AB arasında bir sıra aktual məsələlər müzakirə olunacaq. Həmin məsələlər arasında qarşıdan gələn parlament seçkiləri, Azərbaycanla AB-ni yaxınlaşdırmaq məqsədi güdən assosiativ saziş üzərində iş, regiondakı vəziyyət, Dağlıq Qarabağda cəbhə xəttində baş vermiş son silahlı insident müzakirə olunacaq.

P. Semnebinin səfər proqramı üzərində iş hələ tamamlanmayıb.

O, prezident, xarici işlər naziri, parlament və seçkilərin keçirilməsi ilə əlaqədar institutların rəhbər şəxsləri ilə görüşün təşkil edilməsini xahiş edib.
XS
SM
MD
LG