Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:30

Abituriyentlər attestat qiymətlərini elektron ərizəsinə daxil etməlidir


Orta məktəbləri bu il bitirən abituriyentlər müəyyən edilmiş vaxtda İmtahana buraxılış vərəqəsini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməlidir. Bunun üçün abituriyent attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasında müvafiq məlumatları təsdiq etdirməlidir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, yalnız bundan sonra bu abituriyentlər müəyyən edilmiş vaxtda İmtahana buraxılış vərəqəsini çap edə biləcəklər. Komissiyanın müəyyən etdiyi qrafikə uyğun olaraq, ilk imtahan iyulun 4-də III ixtisas qrupu üzrə keçiriləcək. I ixtisas qrup üzrə imtahan iyulun 11-də, IV qrupda iyulun 17-də, II ixtisas qrupunda isə iyulun 23-də keçiriləcək.

Abituriyentlər İmtahana buraxılış vərəqəsini hər bir ixtisas qrupları üzrə imtahandan bir neçə gün əvvəl internet vasitəsilə əldə etməlidirlər.
XS
SM
MD
LG