Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:28

Almaniya İngiltərə ilə qarşılaşacaq


Mesut Özilin vurduğu qol
Mesut Özilin vurduğu qol
Almaniya və Qana yığmaları futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə çıxdılar. Qrup mərhələsinin son turunda baş tutan Almaniya-Qana qarşılaşması 1:0 almanların xeyrinə bitib. D qrupunun dgər matçında isə Avstraliya yığması Serbiyanı 2: 1 hesabı ilə məğlub edib. Beləliklə, qrupda birinci yeri Almaniya ikinci yeri isə Qana yığmaları tutub.

Qana yığmasının qapısından yeganə topu 60-cı dəqiqədə yarımmüdafiəçi Mesut Özil keçirə bilib. Avstraliya-Serbiya oyununda isə avstraliyalılardan Tim Cehill və Brett Holman, serblərdə isə Marko Panteliç fərqlənib.

Beləliklə, Almaniya qrup turnirini 6 xalla başa vurdu. Qana və Avstraliyanın üç oyundan sonra hərəyə 4 xalı olsa da afrikalılar üstün top fərqi ilə 1/8-ə çıxa biliblər. Serbiya yığması isə 3 xalla sonuncu yeri tutub.

Dünya çempionatının 1/8 finalında Almaniya İngiltərə ilə Qana isə ABŞ-la qarşılaşacaq.
XS
SM
MD
LG