Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:55

Rusiya Belarusa qazın nəqlini bərpa edir


Rusiya Belarusa qaz nəqlini bərpa etməyə başlayıb. Bundan əvvəl Belarus qaza görə borcunu tam ödədiyini elan edib.

Rusiya prezidentinin sözçüsü bildirib ki, məsələ ilə əlaqədar «Qazprom» rəhbəri Aleksey Miller ilə Dmitri Medvedev arasında telefon danışığı olub. Miller Belarusun borcunu «tam» ödədiyini və qazın nəqlini bərpa edəcəklərini deyib.

«Qazprom» şirkəti borca görə bu həftə Belarusa qaz nəqlini azaldıb.

Minsk isə dünən 187 milyon dollarlıq borcunu ödədiyini açıqlayıb.

Öz növbəsində Belarus da «Qazprom»un 260 milyon dollar tranzit borcunun olduğunu deyir və
hədələyib ki, əgər öz borcunu ödəməsə, Rusiyanın Belarus ərazisindən keçən neft və qaz və kəmərlərini bağlayacaq.
XS
SM
MD
LG