Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:27

Su basan kəndlərinin əhalisi Bakı-Bəhramtəpə yolunu bağlayıb


Sabirabadın və Saatlının su basan kəndlərinin əhalisi iyunun 24-də yenidən aksiya keçirir. Bu dəfə Bakı-Bəhramtəpə yolunun Sabirabaddan keçən hissəsini bağlayıblar. Sakinlər hökumətin qərarı ilə kəndlərindən köçmək istəmirlər.

Sabirabad sakini Fətulla Fətullayev AzadlıqRadiosuna bildirib ki, yol 3 saatdan artıqdır bağlıdır:

«Dünənki aksiyamızın nəticəsi olmadığına görə, bu dəfə 4-5 mindən artıq adam Bakı-Bəhramtəpə trasını kəsiblər, bütün nəqliyyat dayanıb, 3 saatdan artıqdır hələ heç kim yoxdur. Tələbimiz odur ki, əhalinin razılığı olmadan əhalinin köçürülməsi haqqında qərar qəbul olunub. Əhali də deyir ki, biz bu qərarı tanımırıq. Biz ərazimizə qayıtmaq istəyirik. Zəhmət çəkib ərazinin suyunu çəksinlər, biz ərazimizə qayıdaq. Bununla əlaqədar bir çox tələblər var. Tələblər yazılı şəkildə icra başçısına təhvil verilib. Əhali yuxarıdan nümayəndə gözləyir, hələ heç kim gəlməyib».

Kürlə-Araz çayları arasında bəzi yaşayış məntəqələrində daim təhlükə olduğundan hökumət həmin ərazilərin sakinlərinin köçürüləcəyini bildirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, köçürüləcək kəndlərin adları həftənin sonuna qədər açıqlanacaq. Bu məqsədlə İmişli, Sabirabad, Saatlı rayonu ərazisində sakinlərin əvvəllər yaşadıqları kəndlərə yaxın ərazilər seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG