Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:59

Belarus Rusiyaya saat 12-yə kimi vaxt qoyub


Belarus iyunun 24-ü saat 12-yə kimi Rusiyaya vaxt qoyub. İki ölkə arasında enerji gərginliyi davam edir.

Belarus «Qazprom»u hədələyib ki, əgər öz borcunu ödəməsə, Rusiyanın Belarus ərazisindən keçən neft və qaz və kəmərlərini bağlayacaq. Minsk «Qazprom»un 260 milyon dollar tranzit borcunun olduğunu deyir.

«Qazprom» şirkəti də öz növbəsində bu həftə Belarusa satdığı qazın həcmini azaldıb. Baxmayaraq ki, rəsmi Minsk iyunun 23-də Rusiyaya olan borcunun hamısını - 187 milyon dolları ödədiyini elan edib.
XS
SM
MD
LG