Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:49

Zərdaba yeni polis rəisi təyin olunub


Zərdab rayonuna yeni polis rəisi təyin edilib.

Bu vəzifəyə təyin edilmiş polis mayoru Elnur Həsənzadə əvvəllər Bakıdakı polis şöbələrindən birində bölmə rəisi işləyib.

Xatırladaq ki, 2010-cu il aprelin 27-də Daxili İşlər Nazirliyinin Zərdab RPŞ-də apardığı yoxlamalardan sonra polis rəisi polkovnik Şahı Səfərəliyev, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Elçin Mahmudov, İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Bəhruz İbrahimov və qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Adil Müzəffərov tutduqları vəzifədən azad edilmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG