Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:07

Barack Obama general McChrystalı qəbul edib


Ağ evdə prezident Barak Obama ilə Əfqanıstandakı koalisiya qüvvələrinin komandanı general Stenli Makkristal arasında yarım saatlıq görüş olub.

Danışıqlar barədə hələlik ətraflı məlumat verilməyib.

Makkristal bu yaxınlarda Rolling Stone jurnalına müsahibəsində vitse-prezident Co Bayden də daxil olmaqla bir sıra yüksək səlahiyətli rəsmiləri tənqid edib, sonradan isə səhvə yol verdiyini etiraf edərək üzr istəyib.

General bundan əvvəl Pentaqonda müdafiə naziri Robert Qeyts və baş qərərgah rəisləri birləşmiş komitəsinin rəhbəri Mayk Mallenlə görüşüb.
XS
SM
MD
LG