Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:00

Yol polisi dövlətə cərimə adı ilə aldığı pulu mənimsəyir?


Azerbaijan – driver approaches to Traffic Police (Mobile reporter)
Azerbaijan – driver approaches to Traffic Police (Mobile reporter)
“İl ərzində yollardakı qayda pozuntularından əldə olunan cərimələrdən azı 50 milyon manat mənimsənilir”.

Bu iddianı “Azadlıq” qəzetinin əməkdaşı Rövşən Hacıbəyli AzadlıqRadiosunun “Şəffaflıq” verilişində səsləndirib.

Rəsmi məlumata görə 2009-cu ilin 9 ayı ərzində yol hərəkəti qaydalarını pozma hallarına görə tətbiq edilən cərimələrin ümumi məbləği cəmi 10 milyon manat olub. Amma bu məbləği az görən Rövşən Hacıbəyli şübhələrini araşdırmağa başlayıb.

Gəldiyi qənaət isə budur ki, Dövlət Yol Polisinin internet səhifəsində yer alan bu məbləğ yollarda cərimə kimi yığılan pulların çox az bir hissəsidir. Onun gəldiyi qənaətə görə Azərbaycanda il ərzində sürücülərdən cərimə kimi alınmış azı 50 milyon manat pul büdcədən gizlədilir.

Amma Dövlət Yol Polisi İdarənin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev jurnalistin yanıldığını deyir. O, bildirir ki, Rövşən Hacəbəyli araşdırmasında mexaniki olaraq qayda pozuntuları barədə statistikanı götürərək hər bi pozuntunju pulla hesablayıb. Halbuki, bir çox qayda pozuntusu sürücülük hüququnun əlindən alınması, inzibati həbs və başqa yollarla cəzalandılır.

Kamran Əliyev və Rövşən Hacıbəyli AzadliqRadiosunun efirində polemikada bu mövzunu bütün tərəfləri müzakirə etdilər. Polis aldığı cəriməyə görə niyə qəbz vermir, ekologiya pozuntusuna görə cərimənin məbləği neçə manat imiş, cərimələri niyə polis özü götürür və s. bu kimi sualların cavabı ortaya çıxan jurnalist polis məmuru polemikasını dinləyin.
XS
SM
MD
LG