Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11

İlham Əliyev Avstriyanın nümayəndə heyətini qəbul edib


Prezident İlham Əliyev bu gün Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə, investisiya qoyuluşu və müxtəlif layihələrin həyata keçirilməsi sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar olduğunu vurğulayıb və əlaqələrin gələcəkdə daha da genişləndiriləcəyinə əmin olduğunu deyib.

Mixael Şpindeleqqer isə Avstriya şirkətlərinin Azərbaycana investisiya qoymaq və onunla ticarət əlaqələrini genişləndirməkdə maraqlı olduqlarını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG