Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:56

Bakıda küçə ticarətinin qarşısı alınır


Bakı şəhər Baş Polis İdarəsi paytaxtda küçə ticarətinin qarşısının alınması məqsədilə aparılan tədbirlərlə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, şəhərin görkəminə xələl gətirən və antisanitariya yaradan küçə ticarəti yol hərəkətinə maneçilik törətməklə yanaşı, şəhər əhalisinə əlavə problemlər yaratdığından bu sahədə mübarizə tədbirləri gücləndirilir.

Belə ki, piyadalar üçün nəzərdə tutulmuş səkilərin qanunsuz küçə ticarətçiləri tərəfindən zəbt olunmasına imkan verilmir.

Eyni zamanda, müəyyən edilməmiş yerlərdə avtomobillərin satışına, habelə metrostansiyaların giriş və çıxışında ərzaq məhsullarının satışına rast gəlinmir.

Yol kənarında, səkilərdə və bağların içindəki çayxanaların böyük əksəriyyəti yığışdırılıb.

Amma şəhərin bəzi ərazilərində küçə ticarəti hələ də qalmaqdadır.

Buna görədə bu sahədə mübarizə tədbirlərini daha da gücləndirmək qərara alınıb.
XS
SM
MD
LG