Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

Məhdudiyyətsiz vəzifəlilərin sayı artır


Məhkəmə sədlərinin iki dəfədən artıq seçilməsinə qadağa aradan götürüldü
Bundan sonra məhkəmə sədrləri də vəzifələrinə iki dəfədən artıq seçilə biləcəklər. Milli Məclisin iyunun 22-də keçirilən iclasında «Məhkəmələr və hakimlər haqqında» qanuna əlavə və dəyişikliklər edilməklə məhkəmə sədlərinin iki dəfədən artıq seçilməsinə qadağa aradan götürüldü.

MƏHKƏMƏ SƏDRİ NƏ QƏDƏR İSTƏYİR SEÇİLSİN, ƏSAS İŞLƏRƏ ƏDALƏTLƏ BAXILSIN

Əlində, bir yığın sənədlə neçə illərdir məhkəmə yollarına ayaq döyən Bakı sakini Səməd Hüseynov deyir ki, onun üçün məhkəmə sədrlərinin bir, ya da beş dəfə seçilməsinin əhəmiyyəti yoxdur. O deyir ki, əsas odur həmin sədrlərin rəhbərlik etdikləri məhkəmələrdə işlərə ədalətlə baxsınlar. Üç ildir ki, o məhkəmələrdə bu ədaləti axtarmaqla məşğuldur:

«Konstitusiyanın 33-cü maddəsində göstərilir ki, hər bir vətəndaş mənzil hüququna malikdir. Yenə Konstitusiyanın 43-cü maddəsində yazılır ki, vətəndaşın mənzil hüququ toxunulmazdır. Mən isə doğulduğum evdə yaşamaq hüququndan məhrum olmuşam. Kim neçə müddətə vəzifəyə təyin olunursa olunsun, əsas bu deyil, əsas onun rəhbəri olduğu məhkəmələrdə vətəndaşların işinə düz baxsınlar».

MƏHKƏMƏ SƏDRİ FORMAL BİR VƏZİFƏDİR, BİZDƏ İSƏ ...

«Qanuna görə məhkəmənin sədri sırf təşkilati funksiya yerinə yetirir. Bu və digər işlərin bölgüsünü həyata keçirir, məhkəmə aparatına rəhbərlik edir, məhkəmənin fəaliyyətini ümumiləşdirir. Məhkəmə aparatında çalışan işçiləri işə qəbul edir, işdən azad edir, onların intizam məsuliyyətinə cəlb edilməsi məsələlərini həll edir. Qanuna görə məhkəmə sədri formal bir vəzifədir. Amma indiki halda bu çox ciddi məsələdir».

Müzəffər Baxışov
«Hüquqi Dövlət» Araşdırmaları Mərkəzinin rəhbəri Müzəffər Baxışov belə deyir. O bildirir ki, məhkəmə sədrlərinin iki dəfədən artıq təyin olunmasına qadağanın götürülməsi Azərbaycan kimi ölkələrdə həmin məhkəmə sədrləri üçün əslində stimullaşdırıcı bir təklifdir:

«Azərbaycanda hakimlər müstəqil deyil. Müstəqil olmadıqlarına görə, hər bir işi məhkəmə sədrinə məruzə edirlər. Ondan sonra bu və ya digər qərarları qəbul edirlər. Bu, nöqteyi-nəzərdən əhəmiyyətli xarakter daşıyır. İndi məhkəmə sədrlərinin iki dəfədən atıq seçilməsi məhdudiyyəti götürülür. Qeyri-demokratik cəmiyyətlərdə həmin vəzifəli şəxslər üçün stimullaşdırıcı bir təklifdir. Bu o deməkdir ki, siz əgər sifarişləri vaxtında, lazımi qaydada yerinə yetirsəniz, sizin gələcəkdə bu vəzifədə qalma şanslarınız daha da artır».

ADAMIN TƏCRÜBƏSİ VARSA, BUNDAN NİYƏ İSTİFADƏ OLUNMASIN?

Bunu isə Ali Məhkəmənin mülki işlər üzrə hakimi Əsəd Mirzəliyev deyir. Hakim bildirir ki, əslində, bunda qeyri-demokratikliyə xidmət edən bir şey yoxdur. Əsəd Mirzəliyevə görə, bu qadağanın götürülməsinin əslində faydası var:

«Əgər bu adamın işləmək iqtidarı varsa, namizədliyini göndərən, seçən təşkilat məqsədəuyğun hesab edirsə, qadağaya nə lüzum var. Burda qeyri-demokratik nə ola bilər ki…Əksinə, bu işin xeyrinədir. Səriştəli, daha təcrübəli adamlar öz fəaliyyətlərinə davam edirlər. Mən burda heç bir qeyri-demokratiklik
İradə Cavadova
görmürəm».

PROBLEM MÜSTƏQİL OLMAMAQDADIR

Hüquqşünas İradə Cavadova isə deyir ki, bu addım o vaxt təqdirəlayiq ola bilərdi ki, məhkəmələr və hakimlər müstəqil qərarlar verə bilərdilər, asılı olmayaydılar:

«Məhkəmə sədrlərinin iki dəfədən artıq seçilə bilmələri əslində təqdirəlayiq olardı. Onlar dəyişə biləcəklərindən çəkinməyəcəklər, daha müstəqil ola bilərlər. Azərbaycanda isə vəziyyət başqa cürdür. Hakimlər bir çox qanunsuz qərarlar qəbul edir. Qanunvericilik bazası yaxşıdır, ancaq icra mexanizmləri zəifdir. Məhkəmələrin müstəqilliyi ilə bağlı problemlər olmasaydı, bu addım alqışlanardı, bizdə isə belə deyil».

2009-cu ilin martın 18-də keçirilmiş referendumla Konstitusiyaya edilən dəyişikliklərdən sonra Azərbaycanda prezident iki dəfədən atıq seçilə bilər. Bundan sonra parlament baş prokurorun, ombudsmanın da iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırdı. Müstəqil hüquqşünaslar deyirlər ki, məhkəmə sədrləri üçün məhdudiyyətin götürülməsi də həmin prosesin davamıdır, belə görünür ki, bu proses davam edəcək.
XS
SM
MD
LG