Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:11

Fransa prezidenti futbola görə hökumətin iclasını çağırıb


Fransa prezidenti Nikole Sarkozi ölkə yığmasının dünya çempionatında uğursuz çıxışına görə bu gün hökumətin iclasını keçirir.

İclasda baş nazir Fransua Fiyon və idman nazirliyinin rəhbərləri iştirak edirlər.

Sabah isə prezident yığmanın aparıcı oyunçularından olan Terri Anrini qəbul eləməlidir.

Sarkozu komandanın çempionatda çıxışını
“ yolverilməz məğlubiyyət” adlandırıb.

Qrup mərhələsində cəmi 1 xal toplayan Fransa yığması 1/8 finala çıxa bilmədi.

Məlumatlara görə komandada oyunçularla baş məşqçi Raymon Domenek arasında kəskin mübahisə, narazılıq yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG