Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:27

Facebookda Nizami fars şairi kimi qələmə verilir


İnternetdə ən populyar sosial şəbəkə sayılan, bütün dünyada 400 milyon aktiv istifadəçisi olan Facebookda Nizami Gəncəvi fars şairi kimi təqdim edilir.

Facebookda yaradılan “Fars şairi Nizami Gəncəvi” səhifəsində onun atasının İranın mərkəzindəki Qum şəhərində anadan olduğu, sonradan Gəncəyə köçdüyü, Nizaminin də orada dünyaya gəldiyi iddia edilir.

Həmçinin iddia edilir ki, Nizaminin anası “irandilli qrupun nümayəndəsi” - kürddür. Onun “İranın dünyanın qəlbi” olduğu haqda misraları verilir.

Bir qrup olaraq 127 nəfərin qoşulduğu səhifəyə Nizami haqda müxtəlif məqalələrə linklər də verilib.

Məqalələrdən biri də “SSRİ-nin Nizamini qeyri-iranlı kimi təqdim etmək cəhdləri” haqdadır.

Məqalə müəllifi doktor Əli Dustzadə Nizaminin bir bəşəri fiqur kimi “İran, Kürdistan, Tacikistan, Əfqanıstan və müasir Azərbaycan Respublikasının irsinin bir hissəsi olduğunu” qəbul etsə də, əvvəlcə SSRİ-də, sonra isə “Azərbaycan Respublikasındakı bəzi etno-millətçi şəxslərin Nizaminin atasının türk olmasını sübur etməyə çalışmasını” tənqid edir, şairin fars olduğunu iddia edir.

Nizaminin türk olmaması ilə bağlı iddialarını əsaslandırmaq üçün müəllif Nizaminin köçəri xalq nümayəndəsi yox, şəhərli olduğunu bildirir, şairin adında (Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd) türk tayfalarına aid qeydin olmamasını əsas kimi gətirməyə cəhd edir.

Həmçinin oxu
Şirin erməni qızıdırmı?!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG