Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

Rusiya Belarusa satdığı qazı 30 faiz azaldıb


Rusiya Belarusa satdığı qazı yenidən azaldıb. «Qazprom»un rəhbəri Aleksey Miller bildirib ki, iyunun 23-dən Belarusa gündəlik qaz təchizatını 60 faizə azaldır.

İki ölkə arasında qaz borcuna görə mübahisə var.

Rusiya Belarusun təxminən 200 milyon dollar borcu olduğunu deyir. Öz növbəsində Belarus isə qaz tranzitinə görə Rusiyanın daha artıq borcunun olduğunu bildirir.

İyunun 22-də Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindən Avropaya ötürülən qazın 30 faiz azaldılmasına dair göstəriş verib.

«Qazprom» rəsmisi isə bu gün deyib ki, Belarusa qaz təzhizatının azalması avropalı istehlakçılara təsir etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG