Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59
Sabirabadın Qasımbəyli kəndinin sakinləri rayon icra hakimiyyətinin binası qarşısında aksiya keçirir. Onlar təbii fəlakətlə bağlı yaradılan hökumət komissiyasının iyunun 22-dəki qərarına etiraz edir, kəndlərindən kömək istəmədiklərini bildirirlər.

Qasımbəyli kənd sakini Fətulla Fətullayev:

«Əhali axşam qəbul olunmuş qərarla əlaqədar qəti etirazını bildirir, kənddən köçmək fikrindən tamamilə uzaqdırlar. Hansı ərazi olursa-olsun əhali köçmək haqqında fikirləşmir. Tələbimiz budur ki, ərazimizə qayıdırıq, təcili olaraq ərazidən suyu boşaldın. Kürün suyunu salın aşağı, çünki Kürün suyu düşməyib, cəmi 70-80 santimetr düşüb. Qəsdən havada saxlayıblar ki, Kür düşməsin. Ərazi suyun içindədir. Bizi Kür yıxmayıb, Sarısu yıxılıb, onu da qəsdən yıxıblar. Ona görə də biz heç bir yerə köçməyəcəyik».

İyunun 22-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əhalinin köçürüləcəyi kəndlərin yerinin müəyyənləşdirildiyini bildirib. Nazir İmişli, Sabirabad və Saatlı rayonları ərazisində kəndlərin əvvəlki yerinə yaxın ərazilər seçildiyini, yeni seçilən yerlərin müvafiq olduğunu və ərazidə infrastrukturun tezliklə yaradıla bilməsi üçün imkanların olduğunu deyib.

Təmir olunacaq evlərdə işlərə isə bu gündən başlanır. Kəmaləddin Heydərov bəndlərin arasında yerləşən kəndlərin də yaxın yerlərə köçürülməsi məsələsinin həll olunduğunu bildirib.

Nazir kompensasiyaların ödənilməsinə də toxunub, hazırda əhaliyə ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməkdə olduğunu bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG