Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:26

Dmitri Medvedev ABŞ-da səfərdədir


Rusiya prezidenti Dmitri Medvedev ABŞ-a səfərini San-Fransiskodan başlayıb. İyunun 23-də onun «Twitter» internet şəbəkəsinin təsisçiləri ilə görüşəcəyi gözlənilir.

Onun Kaliforniyanın «Silikon vadisində» digər yüksək texnologiya nümayəndələri ilə də görüşəcəyi bildirilir. Medvedevin Stanford universitetində çıxışı da gözlənilir.

Rusiya prezidenti ölkəsinin xam məhsul istehsalçısından intellektual mərkəzə çevrilməsini istəyir.

Kaliforniyadan sonra Vaşinqtonda həmkarı Barak Obama ilə görüşdən sonra, hər iki prezident Kanadaya Böyük 8-lik və 20-liyin sammitinə gedəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG