Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:16

Ziyad Səmədzadə “Şöhrət” ordeni aldı, Fuad Əlsəgərov “Əməkdar Hüquqşünas”oldu


Prezident İlham Əliyev iyunun 22-də imzaladığı sərəncamla millət vəkili Ziyad Səmədzadəyə “Şöhrət” ordeni verib. Dövlət başçısı onu Azərbaycanda iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə mükafatlandırdığını qeyd edir.

Prezident başqa bir sərəncamla da Fuad Ələsgərova “Əməkdar Hüquqşünas” fəxri adı verib. Fuad Ələsgərovun da Azərbaycanda qanunvericiliyin inkişafındakı xidmətlərinə görə mükafatlandırldığı qeyd edilir.

Fuad Ələsgərov parlamentin keçmiş sədri Murtuz Ələsgərovun oğludur və hazırda Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır.

İlham Əliyev başqa bir sərəncamla da 90-a yaxın məmura fəxri adlar verib. Üç məmur 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 85 məmur isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Prezident xalq rəssamı Toğrul Nərimanbəyovun da 80 illiyinin təntənəli şəkildə qeyd edilməsi üçün sərəncam verib. Tanınmış rəssamın 80 yaşı bu ilin avqustunda tamam olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG