Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:06

Prezident 2012-ci ilin olimpiya oyunları haqqında sərəncam verib


Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Nazirlər Kabinetinə tapşırıb ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən XXX Yay Olimpiya Oyunlarına hazırlıq üçün lazım olan maliyyəni ayırsın.

Sərəncama görə hökumət təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.

XXX Yay Olimpiya Oyunları 2012-ci ildə Londonda keçirilməlidir. 2008-ci ilin Pekin Olimpiadasında Azərbaycan 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanmışdı.
XS
SM
MD
LG