Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57

BMT bəzi Talibançıları "qara siyahı"dan çıxara bilər


Əfqanıstan prezidenti Həmid Karzayi iyunun 22-də bildirib ki, BMT Əl-Kaidə ilə əlaqələrini kəsən Taliban yaraqlılarını terrorçuların qara siyahısından tədricən çıxarmağa razılaşıb.

BMT Təhülkəsizlik Şurasının üzvü olan 15 ölkənin yüksək səviyyəli diplomatları siyahıdakı adları bir də nəzərdən keçrimək üçün Əfqanıstanın paytaxtı Kabilə gedib.

İyunun 2-dən 4-ə qədər Kərzayinin təşəbbüsü ilə Kabulda Talibanla barışıq konfrası da keçirilib. Tədbirə toplaşanlar prezidentin təklifinə dəstək verməyə çağırıblar.

Adın 137 nəfərlik həmin qara siyahıda olmuş azı beş nəfər keçmiş Taliban rəsmisi hazırda ya parlamentdə yələşir, ya da yaraqlılarla hökumət arasında vasitəçilik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG