Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında təhsil üzrə ekspert Rövşən Ağayev deyib.

Ekspert deyib ki, Təhsil Nazirliyinin apardığı qiymətləndirmə daxili qiymətləndirmə olmalıdır və həlledici olmamalıdır:

«Təhsil naziri öz işini yaxşı göstərmək üçün attestat alanların sayının azalmasında maraqlı deyil. Bu il attestat alanların sayı ötən ilkindən 10 faiz çoxalıb. Ola bilsin ki, gələn il hamı attestat alsın».

Ekspert deyib ki, təhsilin səviyyəsini ölçmək üçün kənar qiymətləndirici institutların qiyməti önəmli olmalıdır:

«Bəzən 5 balla orta məktəbi başa vurmuş məzunun imtahanda göstərdiyi nəticə 2-yə uyğun gəlir».

Rövşən Ağayev bildirib ki, Azərbaycanda təhsil sisteminin faciəli vəziyyətdə olmasını göstərən göstəricilər həddən artıq çoxdur:

«Nəticə budur ki, təhsil naziri 12 ildir o kürsüdə əyləşir və hesab edir ki, istədiyi qədər də əyləşə bilər. Cəmiyyət təhsil məsələsində güzəştə getməməlidir».

Ekspert deyib ki, Azərbaycan beynəlxalq qiymətləndirmələrin heç birində iştirak etmir. Beynəlxalq olimpiadalarda isə Təhsil Nazirliyinin balansında olan məktəblərin şagirdləri aşağı nəticə göstərirlər:

«2006-cı ildə 57 ölkə arasında 55-ci yerə layiq görülmüşdü. Azərbaycan Qırğızıstan və Qətərlə eyni səviyyədə idi».

Ekspert deyib ki, ali təhsil əmsalına görə də Azərbaycanda vəziyyət ürəkaçan deyil:

«Universitetlərdə təhsilin keyfiyyətini kim artırmalıdır? Nə qədər ki, ali məktəblər təhsil nazirinin əlindədir, tələbə yox, diplom istehsalı ilə məşğul olacaq».


/Hazırladı Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

MİSİR MƏRDANOV ÇƏTİN SUALLARA CAVAB VERİB

Şərhləri göstər

XS
SM
MD
LG