Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Hər altı avropalıdan biri ildə azı bir dəfə çörəyə pul tapmayıb


Avropa Birliyinin apardığı yeni sorğuya görə hər altı avropalıdan biri evinin işıq, qaz və başqa kommunal xərclərini ödəməkdə çətinlik çəkdiyini deyib.

Avrobarometrin sorğusunda iştirak edənlərin 30 faizi bildirib ki, getdikcə özlərinin səhiyyə xərclərini, uşaqlarının və yaxınlarının xərclərini ödəmək çətinləşir.

Sorğuda iştirak edən hər altı nəfərdən biri deyib ki, son bir ildə azı bir dəfə evə ərzaq və başqa gündəlik tələbat malı almağa pul tapmayıb.

Avropa Birliyinin Sosial məslələr üzrə komissarı hesab edir ki, bu sorğu Avropa Birliyi üçün kasıblığın hələ də ən əsas problem olaraq qaldığını təsdiq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG