Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:27

«Hakimiyyət seçkiyə dəyişikləri acığa etdi»


Hafiz Həsənov
Hafiz Həsənov
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyib.

O bildirib ki, əvvəlcə gündəmə seçkiqabağı təbliğatın vaxtını 75 gündən 120 günə qaldırmaq barədə fikirlər gəlsə də, birdən-birə hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həmin vaxt 60 günə endirildi:

«Hakimiyyət bunu acığa etdi. Sanki demək istəyirlər ki, seçki barəsində az danışın. Bu dəyişikliklər nəyə lazım idi, başa düşmək olmur. Heç olmasa seçkiyə demokratik fon vermək olardı».

Ekspert seçkidə maliyyə məsələsinə də toxunub:

«İldən-ilə büdcə artsa da, seçkiyə ayrılan pulu yığışdırdılar».

Hafiz Həsənov deyib ki, qeydiyyatdan keçmiş siyasi partiyaların üzvləri efir vaxtından o halda istifadə edə bilərlər ki, onların namizədləri seçki dairələrinin 60-da qeydə alınmış olsun:

«Bu da onların heç əziyyətin nəticəsinə dəymir. Həm də 23 günə bunu etmək fiziki cəhətdən mümkün deyil».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG