Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:04

HRW: Qırğız hərçiləri özbəkləri döyüb


Human Rights Watch beynəlxalq insan haqlarını müdafiə təşkilatı bildirir ki, iyunun 22-də Qırğızıstan hərbçiləri Özbəkistanla sərhəddə onlarla kişi və qadını döyüb.

Təşkilatın nümayəndəsi Anna Neistat məlumat verib ki, əsgərlər özbəkləri üzü üstə döşəməyə sərib, onları döyüb, 12 nəfəri də həbs edib. Onun dediyinə görə əsgərlər bəzi qadınları soyub, sonra da döyüblər.

Rəsmilərin məlumatına görə iyunun əvvəlindən Qırğızıstanın cənubunda özbəklərlə qırğızlar arasında toqquşmalarda ölənlərin sayı 2000 nəfərə çata bilər. 400 min adam da qaçqın düşüb.
XS
SM
MD
LG