Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:06

Prokurorluq və polis müxalifətçinin döyülməsini araşdırır


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi müxalifət fəalı Rövşən Nəsirlinin döyülməsi ilə bağlı araşdırma apacağını bildirir. İnsan haqları fəalları onun “Azadlıq” blokunun iyunun 19-da Bakıda keçirdiyi etiraz aksiyası zamanı saxlandığını, polis idarəsində isə döyüldüyünü deyirlər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Turan” informasiya agentliyinə bildirib ki, bununla bağlı ombudsman Elmira Süleymanova iyunun 22-də onlara müraciət edib və bundan sonra təhqiqat başlayıb.

Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri iyun 19-da Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş Rövşən Nəsirli ilə təkbətək görüşüblər. Rövşən Nəsirlinin bədəninə və üzünə baxış zamanı müxtəlif xəsarətlər aşkar edilib. Ombudsman Elmira Süleymanova iyunun 21-də baş prokurora və daxili işlər nazirinə müraciət edərək hadisənin araşdırılmasını istəyib.

Daxili İşlər Nazirliyi də məsələni araşdırır. Mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov agentliyə deyib ki, nəticələr xidməti təhqiqatdan sonra açıqlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG