Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:00

Sarkisyan Berlində də Türkiyədən şikayətlənib


Almaniyada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan burada da Türkiyə ilə münasibətlərin normallaşmasına Ankaranının mane olduğunu deyib. Sarkisyan Almaniya kansleri Angela Merkellə birlikdə iyunun 22-də Berlində keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə siyasətçiləri qarşılıqlı addımlar atmaq istəmirlər:

Bildiyiniz kimi Türkiyə ilə Ermənistan arasında münasibətlərdə problemlər var. Təəssüf ki, son vaxtlar baş verənlər bu sahədə optimist olmağa bizə əsas vermir. Bilirsniz ki, biz 2008-ci ildə münasibətləri normallaşdırmağa cəhd etdik. Amma gördük ki, bu, yalnız siyasi istək olarsa, mümkündür. Bu istəyi Türkiyə tərəfdən görmədik.

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması, aralarında sərhədin açılmasını nəzərdə tutuan iki protokolun ratifikasiyası prosesini dondurub. Ankara və Yerevan bir-birini bu protokolların icrası üçün əlavə şərtlər irəli sürməkdə ittiham edirlər.

Almaniya kansleri Angela Merkel isə bildirib ki, bugünkü görşdə ölkələr arasında ikili vergitutmanın aradan qaldırılması barədə müqavilənin yenilənməsini razılaşdırblar. Həmçinin də Avropa Komissiyası ilə aparılan danışıqlar çərçivəsində viza rejiminin sadələşdirilməsi imkanları müzakirə edilib. Merkel deyib ki, bu məsələnin əsas problemli tərəfi deportasiya qaydalarının dəqiqləşdirilməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG