Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:43
«Cəbhə xəttində vəziyyət hər an nəzarətdən çıxa bilər».

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Yerevanda belə deyib. O Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttndə atəşkəsin pozulmasını şərh edib:

BU CÜR HALLARIN BAŞ VERMƏSİ YOLVERİLMƏZDİR

«Bu cür halların baş verməsi yolverilməzdir. Üstəlik, burda gərəksiz, faciəvi insan ölümlərindən söhbət gedir. Bu hadisə təmas xəttindəki vəziyyətin necə həssas olduğunu və asanlıqla nəzarətdən çıxa biləcəyini göstərir. Tərəfləri sakitləşdirmək və qarşılıqlı etimad yaratmaq üçün mümkün olan bütün tədbirlərə əl atmaq lazımdır».

Ötən həftəsonu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub. Ermənistan Müdafiə Nazirliyi 4 əsgərinin, Azərbaycan tərəfi isə 1 əsgərin həlak olduğunu bildirib.

Atəşkəsin pozulması faktı Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşündən sonraya təsadüf edib.

Semnebi Yerevanda AzadlıqRadiosuna verdiyi müsahibədə vəziyyətin doğrudan da həyacanverici olduğunu dəfələrlə vurğulayıb.

HƏR 3 ÖLKƏ BİZİM VACİB TƏRƏFDAŞIMIZDIR

P,Semnebi həmçinin AB-nin regiondakı maraqlarından da danışıb. O, birliyin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə postunu ixtisara salması planlarını şərh etməyib. Amma bu planın Avropa Birliyinin regiondakı maraqlarının azalmasını əks etdirdiyi haqda iddiaları da təkzib edib:

«Avropa Birliyi yenicə hər 3 Cənubi Qafqaz dövlətindəki nümayəndəliklərinə səfirlik statusu verib. Hər 3 ölkə bizim vacib tərəfdaşımızdır, xüsusən də, hər 3 ölkəylə Assosiasiya sazişi imzalanması istiqamətində danışıqlar başlayacaq. Bunun üçünsə hər 3 ölkədə olmağa ehtiyac var ki, onların ehtiyacaları və vəziyyətindən xəbərdar olasan».

Avropa Birliyinin xarici siyasət rəsmisi Katerina Eştonun xüsusi nümayəndə postlarını ixtisara salmaq planlarını xüsusən Tbilisidə narahatlıqla qarşılayırlar. Gürcüstanda düşünürlər ki, AB-nin yeni planları 2008-ci ildən sonra Rusiya-Gürcüstan savaşının bir nəticəsidir və Brüsselin Moskvanın istədiyi istiqamətdə atdığı bir addımdır.
XS
SM
MD
LG