Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34

ATƏT Türkiyəni YouTube saytına qadağanı ardan qaldırmağa çağırıb


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Türkiyəni YouTube kimi populyar saytlara qoyulan qadağanı aradan qaldırmaqla fikir azadlığı kimi beynəlxalq standartlara əməl etməyə çağırıb.

Son bir ildə Türkiyədə hökumət 5000-ə yaxın sayta girişi ya qadağan edib, ya da məhdudlaşdırıb.

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatovic bildirib ki, o, Türkiyədən öz vətəndaşlarının qlobal informasiya cəmiyyətinin bir parçası olmaq imkanından məhrum edən qadağaları dayandırmağa çağırıb.

Türkiyədə 2007-ci ildə qəbul edilmiş qanun ölkədə pornoqrafik və ədəb qaydalarına zidd olan saytlara girişi qadağan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG