Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Kraliçaya verilən pullar da donduruldu


Britaniyanın maliyyə naziri Corc Osborne son on illər ərzində dövlət xərclərində ən böyük miqdarda azalma planını elan edib. O, olkənin üzləşdiyi borc probleminin həlli üçün qarşıdakı dörd ildə dövlər xərcləri 25 faiz kəsiləcək. Ticarətdə əlavə dəyər vergisi isə 17.5 faizdən 20 faizə qaldırılır. Bundan əlavə, ildə banklardan da əlavə üç milyard dollara yaxın pul toplanacaq.

Nazir məlumat verib ki, Kraliça II Yelizaveta da vergi ödəyiciləri hesabına maliyyələşməsinin dondurulmasına razılaşıb.

Amma gözləndiyinin əksinə olaraq, nazir alkoqola, tütünə və yanacağa verginin qaldırılması planını elan etməyib, əksinə, cidr içkisinə yüksək vergilərin ləğvinin nəzərdə tutulduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG